Yaxın    

    Develor Azərbaycan,
    Base Business Plaza (4-cü mərtəbə),
    Həsən Abdullayev küç 11, AZ1025.

    Show all contacts
    Bizə müraciət edin    
    • Attitude & Mindset
    • Leadership & Management
    • Customer Care, Sales & Negotiations
    • Personal Productivity & Communication
    • Teambuilding & Collaboration
    • Assesment & Diagnostics
    • HR Consulting & Coaching
    • Xidmətlər
    Classroom Training

    Digital mindset

    Classroom Training

    Safety awareness

    Classroom Training

    Growth mindset

    Classroom Training

    Leadership for safety

    Classroom Training

    Lumina Spark Training

    Game-based Training

    Onboarding games

    Classroom Training

    Work-Life balance

    Classroom Training

    Interview techniques

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 sumvol daxil edin.
    Bütün xidmətləri axtar

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 sumvol daxil edin.
    Bütün mənbələri araşdır

     

    Nə qədər ki, insanlar bizim ən böyük sərvətimiz olaraq qalacaq, Öyrənmə & İnkişaf peşəkar təşkilatlarda iş həyatının ayrılmaz hissəsi olacaqdır.

    Həmkarlarımız qiymətli vaxtlarını sinifdə və ya onlayn təlim otaqlarında keçirirlər, biz isə öz növbəmizdə təlimin xərclərinə pul sərf edirik. Bir çoxları təlimin gözləntiləri doğruldub-doğrultmadığını soruşurlar. Bu, gözləntilərdən asılıdır!

     

    Təlimdən real olaraq nə gözləmək olar?

     

    Bir təlim kursundan nə gözləyirsiniz? Sizcə təlim davranış dəyişikliyi məqsədlərinə nə dərəcədə çatır?

    Məşhur Brinkerhoff araşdırması sübut edir ki, klassik bir təlim mühitində iştirakçıların 85%-i təlim kursundan sonra davamlı davranış dəyişikliyini həyata keçirə bilmir. Klassik mühit dedikdə, sinif və ya virtual təlim formatı olmasından asılı olmayaraq “müstəqil təlim” yanaşması nəzərdə tutulur. Bu o deməkdir ki, klassik təlimlərdə iştirak edən 12 nəfərdən 10-u boşuna iştirak edir. Klassik kurslarda olan bu insanlar məhsuldar deyillər və iştirakçıların yalnız 15% -i üçün uzunmüddətli təsir mövcuddur. Təlimə yatırılan pulun 15% gəlirliyinin kifayət olduğunu söyləyə bilərsinizmi? Bizə görə bu gözləntilərdən çox aşağıdır.

    Bu şok fakt, şübhəsiz ki, həm biznes rəhbərlərini, həm də HR mütəxəssislərini qane etmir. Bir çox təlim şirkətləri bu problemə kurslarda daha həyəcanlı və əyləncəli bir mühit yaratmağa çalışaraq reaksiya göstərdi. Bu, iştirakçının mövcud təcrübəsinə yaxşı təsir göstərə bilsə də, öyrənmənin daha təsirli olması üçün kifayət deyil. Təlim uğursuzluğunun əsas səbəbini başqa yerdə axtarmaq lazımdır.

     

     

    Baş verməzdən əvvəl və xüsusən də sonra təlim uğursuzluqları

     

    Təlimin necə daha böyük iş dəyəri yaratdığını anlamaq üçün təlimin niyə uğursuz olduğunu bilməliyik.

     

    Uğursuzluqların 20%-i yetərsiz hazırlıq və dəqiq olmayan gözləntilər səbəbindən baş verir. Araşdırmalara əsasən, uğursuzluğun yalnız 10% -i təlim məzmunu və ya təlimçinin bacarıqsızlığı ilə əlaqədardır. Ancaq ən böyük səbəb izlənmənin olmaması və ya bizim adlandırdığımız kimi hər təlim müdaxiləsini izləyəcək olmayan tətbiq dəstəyidir. Təlimdəki bu tətbiq dəstəyi davamlı davranış dəyişikliyi yaratmağı məqsəd qoyur və beləliklə iş nəticələrinə ən çox təsir edən amil olur.

     

     

    Təlimi genişləndirmək

     

    Təlim uğursuzluqlarına cavab nə ola bilər? Brinkerhoff tədqiqatlarının nəticələrinə əsasən uğurlu öyrənmə prosesi faktiki təlim tədbirlərindən deyil, ondan əvvəl başlanır. Nə də ki, təlimin sonunda vida etməklə bitmir.

    Bu məsələnin həlli –  DEVELOR-un X-Learning konsepsiyasıdır.  Bununla biz təlimin effektini daha dərin və uzunmüddətli edirik.

    Dərk etmədən tətbiq etməyə

     

    Maksimum öyrənmə təsirini təmin etmək məqsədilə təlim prosesində iştirakçılarımız üçün hər bir addımın müəyyən bir rolu və məqsədi olan 7 mərhələli təlim səyahətinə bələdçilik edirik. İştirakçıların məlumatlılığını artırmaq və təlim boyunca öyrənmə öhdəliklərindən tutmuş davranış dəyişikliyini uzun müddətə tətbiq etmək və davam etdirmək məqsədilə biz inkişaf hədəflərinə çatmaq üçün məqdsədli və uyğunlaşdırılmış metodlar təqdim edirik.

     

     

    Sinxron və asinxron öyrənmə elementlərini birləşdirin

     

    Öyrənmə səyahətini tərtib etmək üçün istər onlayn, istərsə də sinif otağı tətbiqi ilə biz sinxron və asinxron elementləri bilərəkdən birləşdiririk. Sinxron elementlər bir qrup iştirakçının təlimçi və ya təlimatçı rəhbərliyi altında eyni vaxtda təlimə cəlb olunduğu təlim fəaliyyətləridir. Asinxron təlim isə iştirakçılara istədikləri zaman materiallara daxil olmaq və bacarıqlarını tətbiq etmək imkanı verir.

     

    Bundan əlavə, inkişaf müddətinin gözlənilən nəticələrini də ölçülə bilən hala gətirə bilərik. DEVELOR mütəxəssisləri arzuedilən nəticəni əldə etmək üçün Kirkpatrick-in planlaşdırma və qiymətləndirmə metodologiyasına riayət edirlər.

    X-Learning-in şüurlu və strukturlaşdırılmış tətbiqi inkişaf proqramının iş nəticələrinə töhfəsini təmin edir və öyrənmənin təşkilat üçün ölçülə bilən dəyər yaratdığını nümayiş etdirir.

    7 mərhələli təlim səyahəti haqqında öyrənmək və ya X-Learning yanaşmasını necə istifadə etdiyimiz barədə daha çox məlumat almaq istəyirsinizsə, xahiş edirik bizimlə əlaqə saxlayın.

    Başlıqlar

    Blended Learning

    Hibrid əməliyyatları idarə et

    Hibrid komandada necə fəaliyyət göstəriləcəyinə dair test edilmiş tövsiyələrlə dolu ən son e-kitabı yükləyin.