Yaxın    

    Develor Azərbaycan,
    Base Business Plaza (4-cü mərtəbə),
    Həsən Abdullayev küç 11, AZ1025.

    Show all contacts
    Bizə müraciət edin    
    • Attitude & Mindset
    • Leadership & Management
    • Customer Care, Sales & Negotiations
    • Personal Productivity & Communication
    • Teambuilding & Collaboration
    • Assesment & Diagnostics
    • HR Consulting & Coaching
    • Xidmətlər
    Classroom Training

    Digital mindset

    Classroom Training

    Safety awareness

    Classroom Training

    Growth mindset

    Classroom Training

    Leadership for safety

    Classroom Training

    Lumina Spark Training

    Game-based Training

    Onboarding games

    Classroom Training

    Work-Life balance

    Classroom Training

    Interview techniques

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 sumvol daxil edin.
    Bütün xidmətləri axtar

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 sumvol daxil edin.
    Bütün mənbələri araşdır

    Davamlı texnoloji inkişafla bağlı, təlim korporativ inkişaf layihələrində nəzərə alınacaq bir ölçüyə çevrilib. “Bu təlimin oflayn və ya online formatda keçirilməsi daha yaxşıdır?” Seçim edərkən  bir çox amilləri nəzərə almalısınız – iştirakçıların rahatlığı isə yalnız onlardan birisidir.

    DEVELOR-un Qarışıq Təlim – Genişləndirilmiş Öyrənmə konsepsiyasının mərkəzinə təlim keçənin təcrübəsi qoyulduğuna və həm yerin, həm də vaxtın şüurlu şəkildə seçilməsinə görə effektiv öyrənmə prosesini təqdim edirik. Bundan əlavə təcrübəli təlimçiləri texnoloji inkişafın təqdim etdiyi imkanlarla gücləndiririk.

     

    Təlim Zamanı – Qarışıq və Genişləndirilmiş Təliminin Əsas Fərqləndiricisi

    Ənənəvi onlayn və ya oflayn formatlardan əlavə olaraq, proqram elementinin ikinci bir ölçüsü var – təlim zamanı. Təlim zamanı deyərkən nəyi nəzərdə tuturuq? Təlim zamanı ölçüsünün iki növü var: bir qrup iştirakçının təlimçi rəhbərliyi altında eyni vaxtda təlimə cəlb olunduğu və ya iştirakçıların müstəqil şəkildə istənilən vaxtda materiallarla, alətlərlə, simulyasiyalarla  tanış olduğu. Birincisi – təlimçi eyni zamanda bütün qrupun öyrənməsinə rəhbərlik edəndə – sinxron öyrənmə adlandırılır. İkincisi isə öyrənənin materiallarla fərdi qaydada tanış olduğuna və zamandan asılı olmadığına görə asinxron öyrənmə deyilir.

     

    Sinxron Təlimin Oyrənmə Elementləri 

    Sinxron öyrənmə elementlərinə aid olan nümunələr tapmaq daha asandır. Bunlara klassik sinif təlimlər, seminarlar, vorkşoplar, fərdi və ya qrup kouçinq sessiyalar və ya oyun əsaslı təlimlər daxildir. Üstəlik, bu təlim formaların onlayn versiyaları da buraya aiddir. Virtual kurslar, veb seminarlar, onlayn kouçinq sessiyaları və hətta onlayn oyun əsaslı vorkşoplar sinxron öyrənmənin tipik nümunələridir.

     

     

     

     

    Asinxron Təlimin Öyrənmə Elementləri

     

    Çoxumuz yəqin ki, onlayn asinxron elementlərini təsəvvür edə bilərik və ya onlar barədə hər hansı bir məlumat eşitmişik. Əslində, İnternet və digər müasir rəqəmsal texnologiyalar sayəsində onlayn asinxron elementlərinin seçimi genişlənir. Elektron təlim materialları, biznes simulyasiyalar və ya onlayn performans dəstək alətləri, DEVELOR şirkətinin istifadə etdiyi və müştərilərimizə təqdim etdiyi çoxsaylı alətlərdən yalnız bir hissəsidir.

    Eyni zamanda, asinxron oflayn elementləri də mövcuddur. Sadəcə olaraq dəfələrlə istifadə etdiyimiz elementlərin asinxron öyrənmə formasına aid olduğunun fərqində deyilik. DEVELOR portfelində bu elementlər də çox sayda təqdim olunub. Təlim sessiyaları arası  fərdi, cüt və ya qrup tapşırıqları, yazılı xülasələr, notlar, göstərişlər, oxumaq və izləmək üçün tövsiyələr, skriptlər və ya şablonlar inkişaf həllərimizdən ən çox istifadə etdiyimiz elementlərdən biridirlər.

     

    Qarışıq Təlim üçün Limitsiz Seçimlər – Bir nemət və ya lənət?

    Bir tərəfdən, Qarışıq Təlim alətlərin bolluğu rahatlandırır. Əməkdaşlarınız üçün özünəməxsus proqram qurmaq üçün bir çox seçimə sahib olmaqdan daha yaxşı nə ola bilər? Bunun sayəsində Öyrənmə & İnkişaf mütəxəssislərinin hədəf qrupu üçün ən uyğun kombinasiyanı seçmə şansı daha çoxdur.

    Digər tərəfdən, çox sayda Qarışıq Təlim elementləri – asinxron və sinxron, oflayn və onlayn olaraq böyük bir problem yaradır. Seçimləri düzgün etmək üçün mövcud alətlər və metodlar barədə hərtərəfli məlumat, düzgün planlaşdırma, şirkətin və hədəf qrupunun ehtiyacları və imkanları barədə dəqiq məlumatın olması tələb olunur.

    Buna görə, kompleks öyrənmə yollarının planlaşdırması ilə tanış  və ya əmin deyilsinizsə, kənar mütəxəssisi cəlb etməyə dəyər.

    Hibrid əməliyyatları idarə et

    Hibrid komandada necə fəaliyyət göstəriləcəyinə dair test edilmiş tövsiyələrlə dolu ən son e-kitabı yükləyin.