Yaxın    

    Develor Azərbaycan,
    Base Business Plaza (4-cü mərtəbə),
    Həsən Abdullayev küç 11, AZ1025.

    Show all contacts
    Bizə müraciət edin    
    • Attitude & Mindset
    • Leadership & Management
    • Customer Care, Sales & Negotiations
    • Personal Productivity & Communication
    • Teambuilding & Collaboration
    • Assesment & Diagnostics
    • HR Consulting & Coaching
    • Xidmətlər
    Classroom Training

    Lumina Spark Training

    Game-based Training

    Onboarding games

    Virtual Training

    Work-Life balance

    Classroom Training

    Interview techniques

    Xidmətlər & Həllər-də tapıldı

    • Axtarış etmək üçün ən azı 3 sumvol daxil edin.
    Bütün xidmətləri axtar

    Mənbələrdə tapıldı

    • Axtarış etmək üçün ən azı 3 sumvol daxil edin.
    Bütün mənbələri araşdır

    Diqqətinizi işə cəlb və motivasiya mövzusuna yönləndirmək istərdik. Bu dəfə diqqət mərkəzində BAT Pécsi Dohánygyár Kft (BAT Macarıstan)-ın HR Meneceri Dora Szaszdır.

    Dora bizə işçinin işə cəlb edilməsi və bəzi işçilərin ofisdə olduğu, digərlərinin isə evdən çalışdığı – hibrid virtual model haqqında məlumat verdi.

    Dora HR sahəsində özünü tamamilə FMCG-yə həsr edərək 14 il çalışmışdır, öncə pivə zavodu və Coca Cola şirkətində, hal-hazırda isə qlobal tütün şirkətində işinə davam edir. İstedad idarəçiliyi, liderlik inkişafı və işəgötürənin brendini xüsusi olaraq vurğulayır. O, təkidlə inanır ki, HR-ın rolu iş strategiyasını dəstəkləməklə biznesə ortaq olmaqdan ibarətdir. Maraq doğuran odur ki, 2018-ci ildə Dora El Caminonu – 780 km-lik piyada səyahətini tamamlamışdı. İspaniyada həyata keçirdiyi səyahətini başa vurduqdan dərhal sonra hazırkı vəzifəsinə işə düzəldi. Beləliklə səylər nəticə verdi.

    Tütün biznesi bu günlərdə kifayət qədər nəzarət altındadır və sabitdir, lakin pandemiya həm istehlakçı davranışlarının, həm də işçilərin gözləntilərinin dəyişməsi səbəbindən bəzi çətinliklər yaratdı.

    İnsanları dinləyin, lakin önəmli olan mövqenizi qoruyun

    Yazda baş verən lokdaun BAT-a bir qədər müsbət təcrübə qazandırdı – şirkət və işçilərə evdə işləməyin faydalarını nümayiş etdirdi. Təcrübədən ilham alan insanlar evdəki ofislərində daha çox işləmək azadlığına sahib olduqları uyğun bir sistem istədiklərini ifadə etdilər.

    Bununla birlikdə, BAT güclü bir korporativ mədəniyyəti dəstəkləyir və inkişaf etdirir. Güclü komanda birliyini və innovasiyanı bütövlüklə uzaqdan idarə edərək yaratmaq asan deyil. Buna görə BAT üz-bə-üz ünsiyyəti davam etdirmək istəyir.

    Buna görə də, vəziyyətə şüurlu bir reaksiya olaraq, BAT çoxluq səviyyəsində hibrid əməliyyata keçməyə qərar verdi – nə tamamilə uzaqdan idarəetmə, nə də tamamilə ofisdə.

    Hibrid əməliyyatın çərçivəsi və prinsipləri, ərazi səviyyəsində və regional HR Direktorunun nəzarəti altında müxtəlif yerli HR mütəxəssislərinin iştirakı ilə qurulmuşdur. Bu mütəxəssislərin məsuliyyəti iş ehtiyaclarını və yerli menecerlərin xüsusi gözləntilərini qiymətləndirmək üçün funksional liderlərdən müsahibə götürməkdən ibarət idi.

    BAT Hibrid əməliyyat sisteminin üç əsas elementi

    BAT-ın tətbiq etdiyi hibrid əməliyyat həlləri üş əsas elementdən ibarətdir. Birincisi, iştirak hüququ, məsuliyyət və qarşılama mədəniyyəti kimi normalardır. Əgər bu normalar həyata keçirilirsə, deməli  hibrid əməkdaşlıq işləyə bilər, çünki hər kəs bir-birinə etibar edə bilər.

    İkincisi, liderlərin inkişafı, gücləndirilməsi və işə cəlbini əhatə edən bir mədəniyyətdir.

    Üçüncü element – ətraf mühit – ev ofisinin düzgün qurulması və İT vasitələri deməkdir. İstər ev şəraitində, istərsə də ofisdə Sizin işləmək performansınıza heç nəyin mane olmayacağına əmin olmaq çox vacibdir.

    Həmkarların harada işləməsindən asılı olmayaraq iş birliyini və səmərəliliyi təmin etmək üçün masalar və digər elementlərlə daha az sahəsi olan hibrid əməliyyatlara uyğun ofis yaradılmalıdır. “Təşkilati, funksional və işçi ehtiyacları arasında bir tarazlıq tapmağa, müxtəlif şöbələrdən təklif almağa çalışdıq və bu bizə çox kömək etdi. Tövsiyələrimizi bu ehtiyaclar ətrafında qurduq və funksional liderlər hələ də müəyyən dərəcədə müstəqil şəkildə dəyişə bilər və bu da öz növbəsində departament səviyyəsində işə cəlbi artırır. ”

    Hekayənin sonunda İrinanın komandası bütün əsas KPI-ləri yenidən qiymətləndirdi və EE indeksini çox yüksək səviyyədə saxlamalarına baxmayaraq, aşınma nisbətini və HR ilə əlaqəli bütün digər KPI-ləri də kəskin şəkildə azaltmağa müvəffəq olduqlarını gördülər. Bu fantastik görünürdü.

    Gələcək mühakimə edəcək

    Yaz dövründə BAT, sistemi canlı yayımladı. Həm menecerlər, həm də işçilər qoyulmuş səyləri qiymətləndirdiklərini ifadə etdilər və yeni əməliyyat üsulunu məmnuniyyətlə qarşıladılar.

    Lakin Macarıstanda ikinci dalğa insanları 90% ev ofisinə geri dönməyə məcbur etdi. Beləliklə, bu hibrid əməliyyatların tam həyata keçirilməsi və qiymətləndirilməsi sual altındadır. Bu sualı cavablandırmağa bizə zaman kömək edəcək.

    Dora və BAT komandasına – ümumiyyətlə hybrid əməliyyatlara başlayacaq hər kəsə uğurlar arzulayırıq. Hibridin ağıllı şəkildə aparılacağı təqdirdə gələcəyin iş tərzi olduğuna inanırıq.

    Bizimlə əlaqədə qalın

    Dördüncü Beynəlxalq RE/Think HR Webinar – da  iştirak etmək üçün qeydiyyatdan keçin yaxud HR rəhbərinizə yoxlaması üçün tövsiyyə edin.

    Hibrid əməliyyatları idarə et

    Hibrid komandada necə fəaliyyət göstəriləcəyinə dair test edilmiş tövsiyələrlə dolu ən son e-kitabı yükləyin.

      Əlaqəli məqalələr