Restart Campaıgn

Restart ilə yenidən başla!

RESTART ilə yenidən başla.

15 dəqiqəlik danışıq üçün qeydiyyatdan keçin və konsultantımız ilə ixtiyarınızda olan bütün seçimləri nəzərdən keçirin.

 

DEVELOR Sizə və sizin işçilərinizə dəyişiklik etmək üçün təlim və konsultasiya təklif edir.



Çətin və məcburi dövrə keçid əksər Avropa ölkələrində başa çatır. Biz hamımız artıq hər şeyi  yenidən başlama perioduna doğru irəliləyirik. “Yeni standartlara” keçməzdən əvvəl bir çox problemlərlə üzləşə bilərik. Yeni başlanğıclar, yeni dövrdə mövqeyimizə, hətta yaşamımıza təsir edəcəkdir. Hesab edirik ki, xüsusilə beş əsas sahə üçün yenidən başlama çətin olacaq və bunları həll etmək çox vacibdir.

 

BAXIŞ & STRATEGİYANIZI YENİDƏN NƏZƏRDƏN KEÇİRİN

Təşkilatların əksər sahələrdə qarşılaşdığı dəyişikliklərin miqyası, sürəti və mürəkkəbliyi hər zaman olduğu kimi intensivdir. “Yeni standartlara” hazırlaşmaq üçün taktiki addımlar kifayət etməyəcəkdir. Korporativ düşüncə və strategiyanı dəyişən şərtlər, müştəri ehtiyacları və sürətlənmiş rəqəmsal çevrilmə nəzərdən keçirilməli və uyğunlaşdırılmalıdır. Çox şey təhlükədədir,  buna görə müxtəlif maraqlı tərəflərin cəlb edilməsi ilə  məlumatlı və yaxşı qurulmuş addımlar təxirə salınmadan atılmalıdır.

 

Həllər toplusu:

Ümumi Baxış Seminarı

Dəyişən bazar vəziyyətini əks etdirin – mövcud mühitdə baş verənlərə baxışınızın necə olduğu haqqında düşünün.

Strategiyanı Yenidən Tərtibetmə Prosesi

Baş məsləhətçilərimiz sizə seminarlar və konsultasiya vasitəsilə strategiyanızı istədiyiniz hədəfə cavab verə bilməsi üçün yeniləməyə kömək edəcəklər.

Təşkilati Diaqnostika

Şirkətin Şəbəkədaxili Analizi metodologiyasından istifadə edərək təşkilatınızın vəziyyətini dərin təhlil edin.

 

Baxış & Strategy sınaqları haqqında daha ətraflı məlumat

Yükləyin

 

RƏHBƏRLİKDƏ ADAPTİV OLUN

“VUCA” geniş yayılmış dəbli bir söz idi, ancaq bir gecədə dünyanın bir çox menecerləri üçün ağrılı bir həqiqətə çevrildi. Baxış, Anlama, Aydınlaşdırma və Çeviklik – bunlar müxtəlif səviyyəli liderlər tərəfindən yaxşı başa düşülməli və həyata keçirilməli olan “VUCA Prime” konsepsiyasına uyğun bacarıqlar toplusudur. Dəyişən mühit və strategiya uzaqdan idarəetmə, səlahiyyətlərin artırılması, rəqəmsal düşüncə və digər yeni rəhbərlik intizamlarını və uyğun bacarıqları tələb edir. İndidən liderlərinizi hazırlamasanız, sürətlə irəlilədiyimiz yeni bir dövrdə uğurlu fəaliyyətiniz çətin olacaq. Liderlərin keyfiyyəti və yeni bacarıqlarının düzgün tətbiqi həmişəkindən daha çox fərq yaradacaqdır.

 

Həllər toplusu:

Adaptiv Rəhbərlik kursu

Fərqli yollarla düşünmək bacarığı, adaptiv liderlərə dəyişiklik məqamında daha bir üstünlük verir.

“VUCA” Təfəkkür Kursu

Bu oyun tipli təlim liderləri “VUCA Prime”-a öyrədir və zehni “VUCA” reallığına – adaptiv düşüncəyə uyğun aşılayır.

Liderlik Modelinin Yenidən Tərtibi

“Yeni standartlarla” iş üsulu müxtəlif bacarıq və düşüncə tələb dir ki, buna görə idarəçilərin prosedurlarına yenidən baxılır. Seminarımız ən uyğun müntəzəm tədbirləri təyin etməyə kömək edir.

 

Liderlik sınaqları və həll yolları haqqında daha ətraflı məlumat:

Yükləyin

 

KOMMUNİKASİYA & ƏMƏKDAŞLIĞI İDARƏ EDİN

Əksər şirkətlər fəaliyyətlərini tam yaxud qismən ev ofisinə keçirdilər, bu iş metodu isə öz növbəsində orta və uzun müddətdə hibrid işə səbəb olacaqdır. Mövcud vəziyyətə cavab vermək üçün sınaqdan keçmiş və təsdiqlənmiş ünsiyyət prosedurları, kanallar və əlaqəli bacarıqlar sorğulanmalı və yenidən nəzərdən keçirilməlidir. Bir çox insanlar klassik məlumat mənbələrini itirərək təcrid olundular, və menecerlər bunun öhdəsindən necə gələ biləcəklərini anlamırlar. Yarımçıq ünsiyyət təkcə işin səmərəliliyinə və əməkdaşlığa deyil, həm də işçi heyətinin işə marağına pis təsir göstərir.

Həllər toplusu:

Ünsiyyət Analizi & Təlim

Team Sociomapping unikal təhlilinin köməyi ilə, biz ünsiyyət qurmanın cari halını və ideal vəziyyətini qiymətləndirə və əməkdaşlığı inkişaf etdirə bilərik.

Əməkdaşlıq & Menecmentin Uzaqdan İdraəetmə Kursları

Fiziki bir məkanda olmayan aparıcı komandalarda işləmək artıq tələb olunan bir bacarıqdır. Biz bunu necə yaxşı bacara biləcəyinizi sübut edilmiş göstərişlərlə öyrədirik.

Görüşlərin Təşkili Kursları

Biz yeni görüş strukturunu, yeni görüş tiplərini və evdən işləmənin tələb etdiyi dəstəkləyici rəqəmsal vasitələri tərtib etməyə kömək edirik.

 

Kommunikasiya & Əməkdaşlıq sınaqları və həll yolları haqqında daha ətraflı məlumat

Yükləyin

 

MOTİVASİYANIZI & İŞƏ BAĞLILIĞINIZI İTİRMƏYİN

Təbiətinə görə dəyişiklikləri fürsət olaraq görən insanlar var. Asanlıqla bütün vəziyyətlərə uyğunlaşırlar və gələcəyi müsbət görürlər. Ancaq bu, hər kəs üçün eyni deyil. İş və iqtisadi mühitin dəyişməsi, yeni davranışlar, maliyyə və iş şəraiti və ya gözləntilərin dəyişməsi bir çoxlarında qeyri-müəyyənliyə, inamsızlığa və ya narazılığa səbəb ola bilər. Bu hal diqqətsiz və tənzimlənməmiş qalsa, işçilərin işə bağlılığının azalmasına və hətta dəyərli komanda üzvlərinin itməsinə səbəb ola bilər. Buna baxmayaraq, lazımi diqqət və xüsusi həvəsləndirici vasitələrlə bu halların qarşısını almaq və ya dəyişdirmək olar.

 

Həllər toplusu:

İşə bağlılıq & Məmnunluq Sorğuları

İşə bağlılıq Sorğusu və ya Happy at Work Pulse check vasitəsilə biz status-kvonu müəyyənləşdiririk və həll yollarını asanlaşdırırıq.

“Employee Journey Mapping”

Bir sıra seminar və məsləhətləşmələr vasitəsilə biz sizə işçilərinizin yüksək işə bağlılıq səviyyəsinin istədiyiniz mənzərəsini həyata keçirməyə kömək edirik.

Liderlərin Cəlb olunması Kursları

Bütün rəhbərlik səviyyələrinin əhəmiyyəti, gücü və məsuliyyəti barədə biliklərinizi artırın.

 

Motivasiya & İşə bağlılıq sınaqları haqqında daha ətraflı məlumat

Yükləyin

 

TƏHLÜKƏSİZLİK RİSKLƏRİNİ MİNİMALLAŞDIRIN

Təhlükəli COVID-19-un davamlı mövcudluğu işdəki təhlükəsizlik ideyalarımızı yenidən yazmağa məcbur edir. İş yerində fiziki bədbəxt hadisələrin qarşısı alınmaqla yanaşı, təhlükəsizlik və sağlamlıq konsepti anlayışını yoluxucu xəstəliklərdən qorunaraq genişləndirmək lazımdır. İnsan faktoru ilə yanaşı iqtisadi maraqlar üçün də bu önəmlidir. Çünki infeksiyaya görə kütləvi iş buraxmalar şirkət üçün ciddi problemlər yarada bilər. Səthi bilik və ya qaydalara və protokollara riayət etmək əvvəlkindən daha təhlükəli ola bilər. Biliklərin dəqiq ötürülməsinə əlavə olaraq düzgün münasibət və qarşılıqlı məsuliyyətə əsaslanan yeni dəyərlər toplusunu da inkişaf etdirmək təbiidir.

 

Həllər toplusu:

COVID-təhlükəsizlik Protokollarının Yaradılması

Ən çox tələb olunan təhlükəsizlik sektorlarında – aviasiya, enerji və inşaat sahələrində təcrübəmizdən istifadə edərək seminarlar keçiririk və HSE standartlarını yeni ehtiyaclara cavab vermək üçün yenidən nəzərdən keçirməyi məsləhət görürük.

COVID-təhlükəsizlik Maarifləndirmə Kursu

Bütün işçilərə yenilənmiş təhlükəsizlik və sağlamlıq protokollarını öyrənmək və qarşılıqlı məsuliyyət daşımaq üçün təlim verilir.

COVID-təhlükəsizlik Kurslarında Rəhbərlik

Rəhbərlər iş yerlərində təhlükəsiz və etibarlı bir korporativ mədəniyyətin yaradılmasının və möhkəmləndirilməsinin idarəetmə aspektlərini öyrənirlər.

 

Təklükəsizlik Sınaqları haqqında daha ətraflı məlumat

Yükləyin

 

DEVELOR SINAQDAN KEÇMİŞ BİR TƏRƏFDAŞDIR

 

Yerli nümayəndələri ilə birgə qlobal şirkət olaraq 27 ildən çoxdur ki, müştərilərimizə problemlərini həll etməyə kömək edirik.

 

 

Seçilmiş müvafiq istinadlar



RESTART ilə yenidən başla.

15 dəqiqəlik danışıq üçün qeydiyyatdan keçin və konsultantımız ilə ixtiyarınızda olan bütün seçimləri nəzərdən keçirin.

 

DEVELOR Sizə və sizin işçilərinizə dəyişiklik etmək üçün təlim və konsultasiya təklif edir.