fbpx

Uzaqdan idarə etmə sistemi hazırdır!

Bir-birindən ayrı yerləşən komandalar üçün DEVELOR-un həll yolları

 

Texnologiyanın son inkişafı uzaqdan idarə etmədə önəmli sualları cavablandırmaq üçün hazırdır:

 

İndiki vəziyyətdə dünyada işçilərin qayğısına necə qalmalı və böhranın qarşısı necə alınmalıdır?

 

Yeni iş rejiminə necə daha rahat keçməli və məhsuldarlığı necə qorumalı?

 

Birlik anlayışını və ayrılmış komandalarda motivasiyanı necə saxlamalıyıq?

 

DEVELOR İLƏ UZAQDAN İDARƏ ETMƏYİ ÖYRƏNİN!

 

Bizimlə əlaqə-050 2103416

 

ONLAYN ÖYRƏNMƏNİN FƏRQLİ NÖVLƏRİ

Uzaqdan işləyən komandalara təlim və praktikaların keçirilməsi üçün müxtəlif ağırlıqlı və interaktiv təlim formatlarına ehtiyac duyulur. Bizim konsultantlarımız və təlimçilərimiz sizlər üçün bunu etməyə tam hazırdırlar və bütün bilik və bacarıqlara sahibdirlər.

Uzaqdan onlayn olaraq kouçinq əsnasında, fərdin son aparılmış diaqnozlarına əsasən şəxsi və ya professional nəaliyyətlərə çatması üçün dəstək göstərilir və ya şəxsi fikirlər bolüşülür.

Onlayn Kouçinq zamanı kouç və fərd:

  • Bir-birilərini səs və ya video zəng vasitəsilə görür və eşidir,
  • Materialları bölüşür və düzəliş edir,
  • Məsələləri birlikdə müzakirə edir, üz-üzə olan sessiyalardakı kimi

Üz-üzə aparılan kouçinq sessiyalarında olduğu kimi, onlayn aparılarkən də bu bir dəfəlik və ya sessiyalar ardıcıllığı formasında olur, xüsusi inkişaf hədəfləri üzərinə fokuslanır.

Məsləhət görülən sessiya vaxtı 60-90 dəqiqə arasındadır.

 

Bizim Onlayn Kouçinq-in imkanlarını öyrənmək üçün əlaqə saxlayın.

Vebinarda məlumat vermək, mühazirə, yeniləmə və ya müzakirə etmək üçün insanları bir araya gətiririk. Virtual sinifdən fərqli olaraq, müəyyən bir məzmun və biliyin çatdırılmasından daha çox danışılır. Ancaq bu vebinarın yorucu bir təqdimat olduğu mənasına gəlmir. Əksinə, yaxşı təşkil edilmiş vebinar yüksək dərəcədə interaktiv və cəlb edici olur.

VEBİNAR sessiyası vasitəsilə:

  • Söhbət pəncərəsi və Q&A sessiyası vasitəsilə müzakirəyə qoşulun
  • Anketlərdə və onlayn səsvermədə fikirlərinizi bildirin
  • Ekranda material paylaşın

Bu tip virtual sessiya geniş auditoriya üçün də uyğundur. Müddəti 90 dəqiqədən çox olmamalıdır.

 

Vebinarların sizin üçün nə edə biləcəyini öyrənin!

Virtual sinif, klassik üz-üzə keçirilən təlimlərə bənzəyir və buna imkan verir. Öyrənmək, təcrübə etmək və yeni bacarıqları əldə etmək və öyrənməni sinifdən iş yerinə köçürmək üçün əla bir yoldur.

VIRTUAL SİNİF zamanı iştirakçılar edə bilərlər:

  • İnteraktiv təqdimatlarda iştirak etmək
  • Kiçik qruplarda, hətta ev tapşırıqlarında
  • 3 nəfərlik qrupda təcrübə bacarıqları, offline kimi

Adekvat qarşılıqlı əlaqəni təmin etmək üçün, Virtual Sinif 6-12 nəfərlik qruplar üçün tövsiyə olunur. Müddət 120 dəqiqədən çox olmamalıdır.

 

Komandanız üçün Virtual Sinif təklifini bizdən soruşun!

Bu tip virtual əlaqə bir əvvəlki təlim kursunun izlənilməsi üçün məsləhət görülür. Məqsəd mövzu daxilində lazımi dəstəyin təmin olunması, biliyin artırılması, məsələ və mövzuların müzakirə olunmasında təlimçidən birbaşa dəstək almaqdır.

Onlayn konsultasiya zamanı təlimçi və iştirakçılar:

  • Bir-birilərini video və ya səs danışığı ilə görür və ya eşidir;
  • Materialları bölüşür və düzəliş edir;
  • Məsələləri birlikdə sinif daxilində üz-üzə imiş kimi müzakirə edirlər.

Sual altında olan mövzudan asılı olaraq, məsləhət görülür ki, bu sessiyalar birə-bir və ya kiçik qruplar (2-3 nəfər) şəklində tədris olunsun.

Sessiyanın tədris vaxtı 45-60 dəqiqə aralığındadır.

 

Onlayn Konsultasiya üçün bizimlə əlaqə saxlayın.

Komandanın gücü sayəsində, hər yerinə yetirilmiş tapşırıq yalnız təlimçi və konsultant tərəfindən deyil həm də xüsusi ayrılmış texniki sahibkar tərəfindən də idarə olunur və yaranmış bütün məsələlərin həlli üçün həmişə əl çatandır.

Bizim virtual şəkildə tədris olunan dərs, vebinar və qrup praktikalar üçün ZOOM ROOM-un bütün imkanlarından istifadə edirik, hansı ki əlaqə baxımından tam etibarlı, iştirakçıların istifadəsi üçün kifayət qədər sadədir və bununla düzgün hesabatların alınmasına imkan verir və yaxud da həmişə olduğu kimi sizin şirkətinizin seçim etdiyi həllər ilə davam edirik.

 

DEVELOR İLƏ UZAQDAN İDARƏ ETMƏYİ ÖYRƏNİN!

Bizimlə əlaqə – 050 2103416

 

SİZİN ÜÇÜN NƏ EDƏ BİLƏCƏYİMİZİ, SEÇİN!

 

LİDERLƏR ÜÇÜN

 

Bir-birindən ayrı çalışan işçiləri idarə etmək üçün liderliyin rolu çox önəmlidir. Liderlər, əvvəlkindən daha çox insanları stabil, məşğul və məhsuldar saxlamaq üçün mübarizə aparacaqlar.

 

EVDƏN İŞLƏYƏNLƏR ÜÇÜN

 

Fərdi səmərəlilik və produktivlik evdən işləyən zaman zəif olacaq.

İnsanlara frusturasiyaları minimuma endirməyə və davam etmələrinə kömək edirik.

AGILE VƏ VUCA LİDERLİK KURSLARI

VUCA-nın dəyişkən və gözlənilməz dünyasında liderliyə həsr olunmuş innovativ inkişaf proqramıdır.

Çevik Liderlik barədə daha ətraflı

EVDƏN IŞLƏYƏN IŞÇILƏRƏ RƏHBƏRLIK

Anidən uzaqdan işləməyə və idarə etməyə məcbur olan liderlər üçün qısa, praktik bilik və bacarıqlar.

Komandaların uzaqdan idarəsi barədə daha ətraflı

 

EVDƏ PRODUKTIVLIK

Ev şəraitində performansı yüksək səviyyədə saxlamaq üçün praktik bələdçi.

Evdə produktivlik barədə daha ətraflı

 

DAYANIQLI EV IŞÇISI

Şəxsi rahatlıq, stresin öhdəsindən gəlmək və yüksək səviyyədə iştirak qabiliyyətini dəstəkləyən bir sıra virtual görüşlər.

Dayanıqlılıq yaratma barədə daha ətraflı

 

 

SİZİN ÜÇÜN NƏ EDƏ BİLƏCƏYİMİZİ, SEÇİN!

Bizimlə əlaqə saxlayın-050 2103416

 

AGİLE  VƏ VUCA LİDERLİK KURSLARI

VUCA-nın dəyişkən və gözlənilməz dünyasında liderliyə həsr olunmuş innovativ inkişaf proqramıdır. VUCA mühitində necə təsirli lider olmaq, çevik davranmaq və dəyişiklikləri idarə etmək üçün bir qrupa necə rəhbərlik etmək suallarına cavab verir. Çevik və LEAN-ın ən yaxşı təcrübələrini əsas götürərək iş strategiyasını eskiz etməyə, işini, işçilərin öhdəliklərini və motivasiyasını idarə etməyə kömək edir.

MÖVZULAR

  • Lider roluna hazırlıq
  • Komanda üçün bir vizion yaratmaq
  • Qərar qəbul etmə və işçilərə səlahiyyət vermə
  • Öz rolunu başa düşmək və cari rəylərdən (feedback) istifadə edə bilmək

FORMAT

  • 1,5 saatlıq giriş vebinar: AGILE VƏ VUCA LİDERLİK KURSLARI
  • 6 x 2 saatlıq virtual qrup (6-10 nəfər)
  • Əlavə materiallar və modullar arasında iş
  • Oyun platforması
  • Təlimçi ilə individual konsultasiya
Daha ətraflı məlumat üçün müraciət edin

 

EVDƏN İŞLƏYƏN İŞÇİLƏRƏ RƏHBƏRLİK

Bu gün üçün evdən işləyən işçilərə rəhbərlik etmək, həvəsləndirmək və nəzarət etməkdən başqa uyğun bir bacarıq yoxdur. Köhnə vərdişlər heç bir şeyə yaxın olmadıqda, anormal olan normal hala çevrildikdə, cəlbedici bir mühit yaratmaqdan başqa böyük bir çətinlik yoxdur.

Onlayn proqramımız menecerlərə, insanların uzaq olduğu və bütün iş vəziyyətinin qeyri-müəyyən və sürətlə dəyişdiyi zaman mövcud gözlənilməz vəziyyətin öhdəsindən gəlməsinə kömək edir.

İşçilərin evdən idarəsi kursu, texnologiyadan istifadəni üstünlük kimi görərək işçiləri motivasiyada saxlamaq üçün liderlik vərdişlərini və strategiyaları əhatə edir.

MÖVZULAR

  • Komandaların evdən və uzaqdan idarəsi üçün liderlik qaydaları
  • Nəticələr üçün motivasiya
  • Texnologiyadan öz xeyrimizə istifadə etmək (ünsiyyət, dəstək, nəzarət)
  • Emosiyaların, stressin idarəsi və dəyərləndirilməsi (social xəritə)

FORMAT

  • 3 x 2 saatlıq virtual kurs
  • İki həftəlik komandaların sosial xəritəsi (komandanızın emosional vəziyyətini müəyyən edən xəritə)
  • Əlavə materiallar və modullar arası fərdi iş
  • İndividual onlayn konsultasiya
Daha ətraflı məlumat üçün müraciət edin

 

EVDƏN İŞLƏYƏN FAYDALI İŞÇİ

Texnologiyanın inkişafı dünyada çox insanın uzaqdan işləməyini mümkün hala gətirir. Uzaqdan işləmək şüurlu bir qərar, məcburiyyət və ya hal-hazırda yaşadığımız karantin nəticəsində ola bilər. Uzaqdan işləməyin bir çox üstünlükləri olduğu kimi, eyni zamanda da bəzi çətinlikləri vardır.

Proqramımız iştirakçılara uzaqdan ən yaxşı şəkildə işləməyin və hətta evdən səmərəli işləməyin faydalı tövsiyələrini və yollarını təqdim edir. Proqramı tamamladıqdan sonra iştirakçılar öyrəndiklərini dərhal və asanlıqla tətbiq etməyə başlaya biləcəklər.

MÖVZULAR

  • Uzaqdan işləməyin üstünlükləri
  • Ən tipik çətinliklər
  • Çətinlikləri aşmaq – Uzaqdan işləyən zaman səmərəli olmaq

FORMAT

  • 4 x 120 dəqiqəlik virtual dərs
  • Dərslər arası individual iş üçün əlavə materiallar
  • Lazım olan halda – əlavə dərs elementləri
  • 45-60 dəqiqəlik kiçik qrup üçün on-line konsultasiya
  • 60-90 dəqiqəlik individual kouçing sessiaları

Evdə həqiqətən məhsuldar olmağı öyrənin!

Təklif istəyin

 

EVDƏKİ OFİSDƏ ŞƏXSİ DAYANIQLILIQ

Evdən işləmək ilk günlər üçün əyləncəli ola bilər. Bundan sonra isə işlər gərgin olmağa başlayacaq: komandanız vacib mövzuları müzakirə etmək üçün yanınızda olmur; 24/7 “işdəsiniz” və tərk edə bilmirsiniz; “bu nə vaxt bitəcək” qeyri-müəyyənliyi beyninizi yormağa başlayır.

Belə vəziyyətlərdə fərdi dayanıqlığımız diqqət mərkəzində olur. Frusturasiyaların bizim üzərimizdə hökmranlıq etməsinə və fəaliyyətimizi idarə etməsinə icazə verməməliyik. Stressləri müəyyənləşdirməli və onların öhdəsindən gəlmək üçün uyğun strategiyalardan istifadə etməli, qeyri-adi vəziyyəti bütün daxili gücümüzlə idarə etməliyik.

TOPICS

  • Şəxsi dayanıqlılıq nədir və onu necə qurmaq olar?
  • Stresi anlamaq
  • Məsuliyyəti saxlamaq üçün strategiyaları müəyyənləşdirmək və həyata keçirmək

FORMAT

  • Fərdi diaqnostika
  • 1 saatlıq vebinar
  • Həftəlik 45 dəqiqə virtual konsultasiya
  • Seanslar arasında fərdi tapşırıq

Çətinliklərə qarşı dayanıqlı olmaqda sizə necə kömək edə biləcəyimizi öyrənin!

Təklif istəyin

 

DEVELOR yerli nümayəndəlikləri olan qlobal bir şirkətdir, uzun illərdir idarəetmə və virtual komandalarda çalışan şirkətlər hazırlayır və biz təşkilati cəhətdən səmərəli və sürətliyik!

 

UZAQDAN İŞLƏYƏ BİLMƏYİNİZ ÜÇÜN İCAZƏ VERİN SİZƏ KÖMƏK EDƏK!

Bizə zəng edin!-050 2103416

 

Bu şirkətlər onlayn dərslərimizdən istifadə etdi:

 

Uzaqdan komandalırınızı idarə etmə yollarını bilmək istəyirsinizsə,

 o zaman bizimlə əlaqə saxlayın:

+994 50 210 34 16

E-MAİL: İNFO.AZERBAİJAN@DEVELOR.COM