İşçilərin işə cəlbi

İşçinin işə cəlbini (Employee Engagement) ölçən və bu məşğulluğun səviyyəsini liderlik davranışları vasitəsilə artıran çoxlu sayda konsaltinq şirkətləri və təlim kursları mövcud olduğu halda, Develorun təlim paketi bir neçə unikal metodologiya və yanaşmadan ibarətdir:

  • Gözləntilərin dəqiq siyahısını yaratmaq və „səylərin səviyyəsi” əsasında qoyulan məqsədləri təyin etmək – Bu proqramın ölçülə bilən uğurunun olmasına zəmanət verir.
  • Bir çox konsaltinq yanaşmaları liderliyin inkişafı ilə işçinin işə cəlbini artırmağa fokus olsalar da, biz Develor olaraq inanırıq ki, işçilər öz şəxsi iş maraqlarına görə eyni dərəcədə məsuliyyət daşıyırlar.
  • Həm idarəetmə, həm də işçi səviyyəsində davranış dəyişikliyinin davamlılığını təmin edən „İşçinin İşə Cəlbinin İdarə Modeli” və „İşçilərin İşə Cəlb Təminatı Sistemi”-nin tərtibinə yüksək diqqət verilir
  • Davamlı ölçmə və proqram təminatı göstərir ki, bu təlim yalnızca mövsümi dəb yox, uzunmüddətli strategiyadır.

 

HƏLLƏR TOPLUSU

1)  Səy dərəcəsini razılaşdırmaqla cəlb edilmənin cari səviyyəsinin, aidiyyati proseslərin və ölçülə bilən məqsədlərin qiymətləndirilməsi.

2)„İşçinin İşə Cəlbinin İdarə Modeli” və „İşçilərin İşə Cəlb Təminatı Sistemi”-nin tərtibi; menecer və işçilər üçün kritik davranışların tərtibi.

3) Kritik davranışların təkmilləşməsi və”key driver”lərin davamlılığının təqdimi: the Lean LEAN© İşə Cəlb etmə proqramını dəstəkləyən alətlər, proseslər və sistemlər.

4) „İşçinin İşə Cəlbinin İdarə Modeli” və „İşçilərin İşə Cəlb Təminatı Sistemi”-nin tətbiqi.

5) İşçinin işə cəlbinin Develor paneli vasitəsilə daimi monitorinq edilməsi sayəsində işə salınması və ölçülməsi.

 

İşçinin işə cəlbi nədir?

Employee Engagement

İşçinin işə cəlbi səviyyəsi şirkətin gündəlik təcrübəsində rastlaşdığımız bəzi yanlış anlaşılmalarla müəyyən edilə bilər. Bəzi şirkətlər işçi məmnunluğu sorğularını keçirir və bunun nəticələrinə görə işçinin öz işindən məmnunluğunu aydınlaşdırır. Lakin işçinin işə cəlbi iş məmnunluğu çərçivəsindən kənardır. Layiq olduqları kompensasiya müqabilində tələb olunduğu kimi saat 9.00-dan 17.00-dək işləyən məmnun işçiləri olan təşkilatlar görürük. İşçilər məmnun olduqlarını iddia edirlər, lakin bir az daha yaxşı kompensasiya paketi üçün rəqib şirkəti  dinləməyi düşünəcəklər. Bəzi şirkətlər işçi xoşbəxtliyini ölçürlər və ola bilsin ki, onlar işçilərin iş yerlərində xoşbəxt olduğunu, həmyaşıdları ilə işləməkdən zövq aldıqlarını, teambuilding tədbirlərini sevdiyiklərini, lakin hələ də ən üstün potensiallarını şirkətə vermədiklərini görürlər. İşə cəlb olunan işçi təşkilatın dəyərlərinə və məqsədlərinə sədaqətlə yanaşır, yüksək nəticələr əldə etməyə çalışır və şirkətin məqsədlərinə çatmaq üçün gördüyü gündəlik töhfənin öz inkişafını da genişləndirdiyini və özünə verdiyi qiyməti artırdığını aşkar edir.

 

Nəyə görə işçinin işə cəlbi önəmlidir?

 

İşə cəlb olunmuş işçi daha yaxşı performans üçün əlavə işləmək niyyətində olur. İşə cəlb olunmuş menecer məcbur olduğu üçün yox işdən zövq aldığı üçün evə gedərkən belə təşkilati məsələləri həll edir. DIY mağazasında işə cəlb olunmuş satıcıya vanna otağını yeniləməyə hazırlaşan müştərinin fırça və boya seçimini dəstəkləmək çox xoşdur. Işə cəlb olunmuş satış sonrası konsultant avtomobil şourumunda avtomobilin hər detalını yoxlamağa və sahibi tərəfindən qeyd edilməyən nasazlıqları belə aradan götürməyə hazırdır.

Təəccüblü deyil ki, Hay Group şirkəti nəyə görə işə cəlb olunmuş işçiləri olan ofisləri 43% daha məhsuldar hesab edir. İşə cəlb olunan işçilər müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi isə sadiq müştərilərin sayının artmasına və nəticədə şirkətin dövriyyəsinin artmasına səbəb olur.