Konsaltinq Xidmətləri

Develor satış və HR-həlləri ilə müştərilərin uğurlarına töhfə verir. Dəyərin yaradılması, proseslərin və onları dəstəkləyən sistemlərin harmoniyası işimizdə vacib sayılır.

Dəyər yaratmaq prinsipinə əsaslanaraqmüştərilərimizlə birlikdə işçilərin işini dəstəkləyən prosesləri inkişaf etdiririk və həyata keçiririk, eyni zamanda onların işlərinin səmərəliliyinə zəmanət verir və motivasiyasını artırırıq.
Şirkətin mövcud sisteminə uyğun gəlmədiyi və əvvəllər qoyulmuş iş məqsədlərini tam dəstəkləmədiyi üçün, mükəmməl bir sistemin gözləntilərə cavab vermədiyi bir neçə hallar da gördük.

Buna görə də, layihələrimiz zamanı sistemlərin nizamlanması, təşkilati imkanların və onların iyerarxiyalarının uyğunlaşdırılması çox vacib hesab olunur.

Bu sektordakı təcrübəmizə və biliklərimizə əlavə olaraq, biz müştərilərimizin təşkilati problemlərini və daxili qarışıqlıq səbəbi ilə aşkar etmək çətin olan “kor nöqtələri”ni obyektiv şəkildə vurğulaya bilərik.

Konsaltinqin əsas istiqamətləri: satışın sürətli ümumi diaqnostikası, proseslərin yenidən qurulması və inkişafı, davranış normalarının standartlaşdırılması. Kadrların idarə edilməsi sahəsində bu – səriştə və fəaliyyət idarəetmə sistemlərinin yaradılması və ya inkişafı, vəzifə təlimatlarının qiymətləndirilməsi və təhlili, habelə bununla əlaqəli vəzifələrdir. Xidmət sahələri və sektorları üçün unikal LEAN metodologiyamız hazırlanmışdır, performans konsultantlarımız LEAN layihələrini həyata keçirirlər.