DEVELOR CX KONFRANSI 2015

DEVELOR EMEA regionunun ilk Beynəlxalq Müştəri Təcrübəsi Konfransını 4 Mart 2015-ci ildə Budapeştdə böyük uğurla təşkil etdi. 10 ölkəni təmsil edən yüzə yaxın iştirakçı maraqlı təqdimatlara qulaq asıb workshop-lar zamanı öz təcrübələrini bölüşdülər.

CX-konferencia-negyzet

Şirkətlərin təqribən 80%-i müştərilərlə iş təcrübəsini orta göstəricidən yüksək tutduğu halda, istehlakçıların yalnız 8%-i bununla razılaşdılar. CEO of DEVELOR International Baş İcraçı Direktoru  Zsolt Pozvai qeyd etdi ki, şirkətlərin “müştəri təcrübəsi” daim 3 ölçülməyə əsaslanmalıdır: müvafiq təşkilatı bacarıqlar, mədəniyyətlər və öhdəliklər; hərtərəfli bilik və proseslərin optimizasiyası; və özünü müştəri təcrübəsinə həsr etmiş işçi qüvvəsi. Sonuncu sahədə inkişaf üçün bir çox imkanlar var, çünki işçilərin iş yerlərinə münasibəti müştərilərlə ünsiyyət və rəftar tərzinə təsir göstərir.

Bu problem Avropa Ford Satıcı və Müştəri Təcrübəsi şöbəsinin direktoru Rikkardo Maqnani tərəfindən daha yaxşı nümayiş olundu. Ford, heyət öhdəliyini inkişaf etdirməklə və müsbət psixologiya vasitələrindən istifadə edərək müştəri təcrübəsinin səviyyəsini qaldıra bilmişdi. Xarici təlimçilərin əlaqəli olduğu problem və prosesləri nəzərə alaraq, proqramda iştirak edən satıcılar performansın ildən-ilə əhəmiyyətli dərəcədə artdığını əvvəlcədən nümayiş etdirmişdilər.

Satış qərarları həm rasional düşüncələrin, həm də irrasional impulsların nəticəsidir, lakin sonuncunu ölçmək çox çətindir. Təcrübə İnstitutunun baş direktoru Tim Routledgebu problemi daha yaxşı həll etmək üçün elmi bir yanaşma təqdim etdi. Satınalma prosesini analiz edən oxşar bir həll Momentor Araşdırma şirkətinin direktoru Gabor Duranskai tərəfindən də təqdim edilmişdi. Ürək döyüntüləri və nəfəs alma kimi fiziki stressin göstəricilərini ölçən xüsusi vasitələrlə təchiz edilmiş mystery shopçularsadə bank hesabı açmaq prosesini sınaqdan keçirdilər. Nəticələr müştəriyə pis təsir edən vəziyyətləri və mərhələləri mükəmməl şəkildə göstərdi, bunun nəticəsində də idarə etmək, sınaqdan keçirmək və necə yüngülləşdirmək lazım olduğunu anlamış oldular.

dijatadas3 (1)

Konfransın sonunda DEVELOR 2014-cü ilin ən yaxşı CX layihəsi üçün mükafatlandırma mərasimi keçirdi. Macarıstanın Telekom şirkəti Mobil Scholar proqramı üçün mükafat aldı, bu arada, ‘Ən Yaxşı Müştəri Təcrübəsi Layihəsi 2014’ mükafatı K&H Bankına innovativ, fərdi kredit xidmətləri üçün təqdim olundu.

“Bu il çox əla müraciətlər oldu və ümid edirik ki, gələn il daha da maraqlı layihələr yarışmada iştirak edəcək” münsiflər heyəti adından MetLife Macarıstanın Baş direktoru Janos Bartok dedi.

Tədbirin saytı: http://international-cx-conference.develor.com/icxc-2015-03-04